Afrika qazı Avropa üçün niyə sərfəli deyil? – Anqola səfiri AÇIQLADIbackend

Afrika qazı Avropa üçün niyə sərfəli deyil? – Anqola səfiri AÇIQLADI

“Afrika qazının Avropa üçün qiyməti Rusiyanın mavi yanacağından baha olacaq”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Anqolanın Moskvadakı səfiri Auqusto da Silva deyib:

“Bu məhsulun (qaz. – red ) Afrikadan idxalı Avropa iqtisadiyyatına ciddi təsir göstərə bilər. Çünki onun dəyəri Rusiyadan gələn qazdan baha olacaq”.

Eyni zamanda səfir vurğulayıb ki, Aİ ölkələri qaz tədarükü ilə bağlı müxtəlif tərəflərlə danışıqlar aparmaq üçün azad seçimə malikdir.

Qeyd edək ki, daha öncə Almaniya kansleri Olaf Şolz Rusiyanı əvəz edəcək xammal tədarükü ilə bağlı Kanadayla danışıqlar aparmağı planlaşdırdığını açıqlayıb.

“Die Zeit” qəzeti isə Şolzun Kanadayla qaz tədarükü ilə bağlı danışıqlar aparmaq cəhdlərinin uğursuz olduğunu yazıb. Qazın hazırkı qiymətləri ilə Kanadadan Avropaya ixrac özünü doğrultmur. Eyni zamanda onun gələcəkdə bəhrə verə biləcəyi məlum deyil.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*