Ağ Ev: “Bayden oğlu Hanteri əfv etməyəcək”backend

Ağ Ev: "Bayden oğlu Hanteri əfv etməyəcək"

ABŞ Prezidenti Co Bayden oğlu Hanteri əfv etməyəcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karin Jan-Pyer keçirdiyi mətbuat konfransında deyib.

“Yox, mən indicə yox dedim”, – siyasətçi jurnalistin müvafiq sualını cavablandırıb.

Qeyd edək ki, Jan-Pyer bu mövzunu müzakirə etməkdən imtina edib. O əvvəllər bildirib ki, Hanter Bayden ətrafındakı vəziyyət şəxsi məsələdir və Amerika liderinin administrasiyası qanunun aliliyinə hörmət edir.

Xatırladaq ki, Hanter Bayden narkotik və korrupsiya qalmaqalları ilə tanınır.

2022-ci ilin oktyabrında “New York Post” qəzeti prezidentin oğlu ilə bağlı məhkəmə-tibbi ekspertiza rəyinin 634 səhifədən ibarət olduğunu bildirib. Orada Hanterin 400-dən çox cinayət törətdiyi iddia edilir.

Məlumata görə, Hanter Bayden 2017-2018-ci illərdə vergidən yayındığına görə şərti cəza ala bilər. Son qərarı hakim verəcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*