Ağamalının məntiqsiz mövqeyi TƏNQİD EDİLDİ – “Özü də qadındır, amma…”backend

Ağamalının məntiqsiz mövqeyi TƏNQİD EDİLDİ - "Özü də qadındır, amma..."

Uşaqpulu məsələsi ətrafında səslənən fikirlər yenidən ciddi müzakirələrə səbəb olub. Deputat Günay Ağamalının “uşaqpulu insanlarda asılılıq və tənbəllik yarada bilər” fikri sosial şəbəkələrdə və ictimai müstəvidə birmənalı qarşılanmayıb. Xüsusilə, sosial vəziyyətin ağırlaşdığı, ərzaq və gündəlik tələbat xərclərinin durmadan artdığı bir dövrdə belə açıqlamaların cəmiyyətin həssas təbəqələrində narazılıq yaratdığı vurğulanır.

Mövzu ilə bağlı AVP sədri Akif Nağı KONKRET.az-a açıqlamasında deputatın mövqeyini sərt tənqid edib.

Akif Nağı müğənni Samirə Əfəndini SÖYDÜ - VİDEO | Modern.az

O, bildirib ki, uşaqpulu məsələsinin gündəmdə olması tamamilə təbiidir və inkişaf etmiş ölkələrin əksəriyyətində bu mexanizm illərdir tətbiq edilir:

“Azərbaycan dövləti də bunu düşünməli və qərar verməlidir. Əgər bu qədər tərəddüd mövcuddursa, deməli ehtiyac da var. Bu xanım məsələyə öz prizmasından yanaşır. Uşaqpulu nə qədər böyük məbləğdir ki, insanları tənbəlləşdirsin? Bu, qəribə məntiqdir.

Uşaqpulu cüzi məbləğdir. Sadəcə uşağın ehtiyaclarına əlavə köməkdir. Elə bilirlər insanlar o pulla yaşayacaq? Avropada da uşaqpulu verilir. Orada miqrant ailələr çoxuşaqlı olur deyə dövlətlər bu dəstəyi dayandırmır.

Çünki sosial dövlət anlayışı var. Bizdə isə doğum göstəriciləri elə də yüksək deyil ki, bundan qorxsunlar”.

AVP sədri deputatın səsləndirdiyi fikirlərin cəmiyyətdə narazılıq doğurduğunu da vurğulayıb:

“Günay Ağamalının fikri qəribədir, başadüşülən deyil. Özü də qadındır. Cəmiyyətdə də bu yanaşma yaxşı qarşılanmır. Belə məntiqsiz mövqe ortaya qoymamalı idi”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*