Ağdaşda 2 azyaşlı uşaq dərmandan ZƏHƏRLƏNDİbackend

Ağdaşda 2 azyaşlı uşaq dərmandan ZƏHƏRLƏNDİ

Ağdaş rayonunda 2 azyaşlı uşaq dərmandan zəhərlənib.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yenicə kəndində qeydə alınıb.

Belə ki, 2021-ci təvəllüdlü Ə.A (ad, soyadı şərti) və bacısı, 2019-cu il təvəllüdlü N.A (ad, soyadı şərti) dərman zəhərlənməsi diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Valideynlərinin dediyinə görə, azyaşlı qızlar evdə ehtiyatsızlıqdan cücə üçün hazırlanmış dərmanı içiblər.

Hər ikisinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*