Bakıda silahlı insident baş verib.
KONKRET.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb.
Belə ki, 43 yaşlı Zaur Qəhrəmanov tüfənglə keçmiş arvadı – 44 yaşlı Amalya Qəhrəmanovanı güllələyərək qətlə yetirib. Daha sonra isə özünə silahla atəş açıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Xəsarət alan kişi polis əməkdaşlarının nəzarəti ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
