Ağdaşda müəllimlər şagirdin nənəsini DÖYDÜLƏRbackend

Ağdaşda müəllimlər şagirdin nənəsini DÖYDÜLƏR

Ağdaş rayon Nizami Gəncəvi adına 2 saylı orta məktəbdə insident baş verib.

KONKRET.az bizim.media-ya istinadən xəbər verir ki, ibtidai sinif müəllimləri həmin məktəbdə təhsil alan uşaqların nənəsini döyüb, ona xəsarət yetiriblər.

Daxil olan məlumatda bildirilir ki, məktəbin ibtidai sinif müəllimi uşaqları dərsə hazır olmadıqları üçün təhqir edir, səbəbini soruşduqda isə “əcəb edirəm, sən kimsən?!”, cavabını verir:

Hadisəni nəql edən şəxs bildirir ki, məktəb rəhbərliyinə məlumat verilib, amma cavab yoxdur:

“Direktor Rafiq Haşımov “baş qoşmayın, boş verin” deyir. Nəticədə iki müəllim birgə orada təhsil alan uşaqların 62 yaşlı nənəsini döyüb xəsarət yetiriblər. Buna şahid olan müəllimlər valideyni hadisə törədən müəllimlərin əlindən xilas etsələr də, indi isə hər şeyi təkzib edirlər.

Xəsarət alan 62 yaşlı valideyn, evdə çarəsiz vəziyyətdə qalıb. Rəhbərlik hər şeyi inkar edir. Polis işi araşdırır”.

İddiaçının sözlərinə görə, hadisə direktor otağının qapısı önündə baş verib və hadisəyə polisin qarışması səbəbindən məktəbdə kamera görüntüləri silinib.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*