backend

“Ağdərənin 7 kəndi verildi, növbədə Mehridir” – Marukyandan şok iddia

“Qarabağ məsələsinə dair imzalanmış üçtərəfli sənəd Ermənistan parlamentində təsdiqlənməyib, üstəlik Ermənistan üçün çoxsaylı problemlər yaradır. Bu sənədə görə, güzəştə gedirik, Mehri ərazisi ilə Azərbaycana nəqliyyat əlaqəsi təmin edirik, bu sadəcə ayıbdır”.

KONKRET.az  xəbər verir ki, bunu “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan bu gün keçirdiyi brifinqdə söyləyib.

Onun sözlərinə görə, bu cür biabırçı bir sənədi imzalayan baş nazir (Nikol Paşinyan) Ermənistanın maraqlarını nəzərə almayıb:

“Dünən Ağdərənin 7 kəndi Azərbaycana verildi. Bu məsələni müzakirə edib həll etmək mümkün idimi? Bəlkə də, bəli, mümkün idi, amma ölkəni belə bir vəziyyətə gətirən bir baş nazirimiz var. Bu, sabitliyi pozan amildir və məğlubiyyətin simvoludur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*