Aİ ilə ciddi problemlərimiz var, lakin… – Kobaxidzebackend

Aİ ilə ciddi problemlərimiz var, lakin… – Kobaxidze

Aİ ilə münasibətlərdə problemlər ciddidir, ünsiyyət məhduddur və bütün sərt qərarlar Avropa rəsmiləri tərəfindən qəbul edilir.

KONKRET.az Axar.az-a istinadənxəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Ölkəmizə ədalətlə yanaşılsa, biz dialoqa tam açığıq”, – o bildirib.

Baş nazir Aİ-nin Gürcüstandakı səfirini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib:

“Buna baxmayaraq xarici işlər naziri Maka Boçorişvili diplomatla dialoq qurmağa cəhd edib”.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan Aİ ilə imzalanmış assosiativ saziş üzrə öhdəliklərini yerinə yetirməkdə davam edir:

“Lakin Mərkəzi Seçki Komissiyasından güzəşt kimi tələblər qəbuledilməzdir. Biz seçki sistemini radikal müxalifətə verməyəcəyik, amma islahatlar davam edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*