Aİ Rusiya ilə görüş keçirəcəkbackend

Aİ Rusiya ilə görüş keçirəcək

Avropa İsttifaqı (Aİ) İsveçrədə keçiriləcək Ukrayna Sülh Sammitindən sonra Rusiya ilə konfrans keçirməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumatda deyilir ki, keçirilməsi gələn aya planlaşdırılan konfransdan Rusiyanın iştirakı ilə payızda Səudiyyə Ərəbistanında keçiriləcək mümkün görüşə keçid Aİ üçün vacib məsələdir.

Xatırladaq ki, Moskva Ukrayna Sülh Sammitində əsas dövlətlərin iştirakının qarşısını almaq məqsədilə fəal şəkildə pozuculuq fəaliyyəti ilə məşğuldur. Odur ki, prezident Volodimir Zelenski dünya liderlərinə Ukrayna Sülh Sammitində iştirak etmək xahişi ilə müraciət edib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*