Aİ Rusiyanın 19 hüquq-mühafizə orqanı əməkdaşına sanksiyalar tətbiq etdibackend

Aİ Rusiyanın 19 hüquq-mühafizə orqanı əməkdaşına sanksiyalar tətbiq etdi

Avropa İttifaqı (Aİ) insan haqlarının pozulması ilə bağlı Rusiyanın 19 hüquq-mühafizə orqanı əməkdaşına sanksiyalar tətbiq edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumat Aİ-nin rəsmi jurnalında dərc olunub.

Məlumatda deyilir ki, yeni sanksiyalar paketinə Ali Məhkəmənin, Moskva, Tomsk, Vladimir vilayəti məhkəmələrinin hakimləri, Daxili İşlər Nazirliyinin, Federal Penitensiar Xidmətin və İstintaq Komitəsinin əməkdaşları daxil edilib.

Yeni sanksiyalar paketinə düşənlərin Aİ ölkələrinə girişi qadağan olunacaq və oradakı hesabları dondurulacaq.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*