Aİ Rusiyanın 68 milyard avroluq aktivlərini DONDURDUbackend

Aİ Rusiyanın 68 milyard avroluq aktivlərini DONDURDU

Avropa İttifaqı Rusiyanın 68 milyard avroluq aktivlərini dondurub.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” qəzeti Avropa Komissiyasının daxili sənədinə istinadən məlumat yayıb.

Bildirilib ki, sənədə əsasən, Belçikanın payına təxminən 50 milyard avro düşür. 5,5 milyard avro ilə Lüksemburq ikinci yerdədir.

Qeyd edək ki, Avropa Komissiyası indi Avropa Şurasından sanksiyalardan yayınmağı cinayət hesab edən qanun qəbul etməyi gözləyir. Bu tədbir aktivlərin müsadirəsi prosesini sadələşdirəcək. Qanunun qəbuluna Polşa mane olur.

Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand oktyabrda bildirib ki, Aİ Rusiyanın 17,5 milyard avro məbləğində aktivlərini dondurub. Ümumilikdə dondurulmuş ehtiyatların təxminən 300 milyard dollar olduğu bildirilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*