Pensilvaniyada atışma baş verib, doqquz nəfər həlak olubbackend

Pensilvaniyada atışma baş verib, doqquz nəfər həlak olub

ABŞ-nin Pensilvaniya ştatının Eri şəhərində atışma nəticəsində ikisi uşaq olmaqla, azı doqquz nəfər həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə “CBS” telekanalı məlumat yayıb.

Məlumata görə, cinayətkarla polis arasında saatlarla qarşıdurma yaşanıb.

Qeyd olunub ki, şahidlər bir kişinin silahdan atəş açıb evə girdiyini bildirdikdən sonra polis hadisə yerinə gəlib.

Küçədə iki qadının cəsədi, evin daxilində isə həlak olan daha bir neçə nəfərin meyiti aşkar edilib.

Polisin məlumatına görə, şübhəli şəxs də ölü tapılıb. Polis əhali üçün heç bir təhlükə olmadığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*