Aksiyalarda 200 nəfər həbs edildibackend

Aksiyalarda 200 nəfər həbs edildi

ABŞ-ın Hyuston şəhərinin (Texas ştatı) polisi Minneapolisin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulan zaman ölən afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar başlanmış etiraz aksiyalarının 200 iştirakçısını həbs edib.

KONKRET.az xəbər verir ki, bu barədə şəhər polisi “Twitter”dəki səhifəsində bildirib.

“Bizim zabitlərimiz ötən gün və gecə boyunca təşkil edilən qanunsuz toplantılarda iştirak edən təxminən 200 nəfəri həbs edib. Onların əksəriyyətinə qarşı yolların bağlanılması üzrə ittihamlar irəli sürüləcək”, – polisin xəbərində (mesajında) deyilir.

Həmçinin qeyd edilir ki, etirazların gedişatında dörd polis əməkdaşı da yaralanıb. Bununla yanaşı, səkkiz polis avtomobilinə zərər vurulub.

Qeyd edək ki, artıq bir neçə gündür Minneapolisdə və digər şəhərlərdə etiraz aksiyaları keçirilir. Qarışıqlıqlara səbəb polisin zorakılığı nəticəsində afroamerikalı Corc Floydun həlak olmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*