Aktiv koronavirus xəstələrinin sayı açıqlandı – FOTObackend

Aktiv koronavirus xəstələrinin sayı açıqlandı - FOTO

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) KONKRET.az-a verilən məlumata görə, bu gün 7883 koronavirus testi edilib. Onlardan 193-ü pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 759 129-a çatıb.

Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 255 nəfərdir. Onlardan 51 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.

Hazırda ölkədə 3787 nəfər aktiv koronavirus xəstəsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*