Aktrisa rəfiqəsini 53 yerindən bıçaqladıbackend

Aktrisa rəfiqəsini 53 yerindən bıçaqladı

Türkiyəli aktrisa Sevil Akdağ içkili halda qətlə yetirdiyi rəfiqəsi Elif Kırav ilə bağlı ifadə verib.

KONKRET.az xəbər verir ki, rəfiqəsini 53 yerindən bıçaqlayan aktrisa hadisəni tam xatırlamadığını bildirib:

“Yemək yeyirdik, gülünc hərəkətlər və jestikulasiya edirdi. Birdən məni söyməyə başladı və hücum etdi. Bıçaq çıxardı, əlindən almaq istədim, vurdu, saçımdan dartdı, əllərimi sıxdı, bundan sonrasını isə çox xatırlamıram. Yerə yıxıldı və huşunu itirdi, mən də evdən çıxdım. Onu bıçaqladığımı xatırlamıram”.

Qeyd edək ki, S.Akdağ “Kara büyü”, “Lanetin bedeli”, “Yasak elma”, “Arka sokaklar”, “Emanet”, “Kardeşlerim” kimi ekran işlərində rol alıb. /Axşam.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*