SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edibbackend

SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib

İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirilib ki, ABŞ-nin Küveytdəki “Əli əs-Salim” bazası və Bubiyan adasındakı (Fars körfəzi) taktiki radar kompleksləri məhv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

“İslam İnqilabı Keşikçiləri Korpusunun döyüşçüləri “Nəsr-2″ əməliyyatının ikinci mərhələsi çərçivəsində bölgəni düşmən radarlarından təmizləməyə davam edirlər”, – məlumatda bildirilib.

Qeyd olunub ki, bu çərçivədə “Əli əs-Salim” bazası yaxınlığında yerləşən bir erkən xəbərdarlıq kompleksi sıradan çıxarılıb:

“Eləcə də Küveytin Bubiyan adasındakı digər bir radar sistemi məhv edilib”.

Sonda vurğulanıb ki, ABŞ ordusunun İrana hücumları cavabsız qalmayacaq.

Xatırladaq ki, İran ordusu ABŞ-nin İsraildəki yanacaqdolduran təyyarələrinin də hədəf alınacağını istisna etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*