Şamaxı rayonunda avtomobil yolu çöküb.
KONKRET.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, hadisə Şamaxı rayonunu Kürdəmir və Hacıqabul rayonları ilə birləşdirən yolda baş verib.
Şamaxı-Göylər-Padarçöl-Hacıqabul avtomobil yolunun Göylər qəsəbəsi ərazisindən keçən hissəsi bir neçə yerdən çöküb. Avtomobil yolunun bir hissəsi tam yararsız vəziyyətə düşüb. Yolda avtomobillərin hərəkəti çətinləşib.
Xatırladaq ki, sözügedən yol 2017-ci ildə əsaslı təmir olunub. 2019-cu ildə yol yenidən yararsız vəziyyətə düşüb və təmir işləri aparılıb. Son günlər yağan aramsız yağışlar nəticəsində isə yolun bir hissəsi tam çöküb.
Qeyd edək ki, sözügedən magistral Şamaxı rayonunu ilə Hacıqabul və Kürdəmir rayonlarını birləşdirən yeganə yoldur.




