Daşkəsəndə 23 yaşlı oğlan bıçaqlandıbackend

Daşkəsəndə 23 yaşlı oğlan bıçaqlandı

Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Vüsal Əsgərov bıçaqlanma diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.

Hadisənin hansı şəraitdə və necə baş verməsi ilə bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*