Neft bahalaşacaqbackend

Neft bahalaşacaq

“Yaxın Şərqdə yenidən münaqişənin başlaması, Hörmüz boğazında müəyyən məhdudiyyətlərin olması neft qiymətlərinin yenidən artımına səbəb ola bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, Hörmüz boğazında olan mövcud vəziyyət ümumiyyətlə dünyada ciddi inflyasiya təhdidləri yarada bilər: “Bu baxımdan neft qiymətlərinin artması ölkəmizin büdcə gəlirlərini, həmçinin daxilolmaları artıra bilər. Dünyada qiymət artımı müşahidə olunarsa, ölkəmizdə də iqtisadiyyatda müəyyən qədər inflyasiyanın artmasına, idxal olunan texnologiyaların və digər məhsulların qiymət artımına səbəb ola bilər”.

Qeyd: ABŞ ordusu İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücumları davam etdirmək qabiliyyətini zəiflətmək üçün İranın hərbi komandanlıq mərkəzlərinə, dəniz obyektlərinə, raket və pilotsuz təyyarələrin buraxılış məntəqələrinə və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib. İran ABŞ-ın hücumları davam etdiyi müddətdə Hörmüz boğazını gəmiçilik üçün açmayacağını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*