Türkiyəli teatr aktyoru Enes Özkan vəfat edib.
KONKRET.az axşam.az-a istinadən xəbər verir ki, ötən gün saunada vaxt keçirən aktyor otaqdan çıxdıqdan sonra huşunu itirib. Təcili yardım çağırıldıqdan sonra aktyorun öldüyü bəlli olub. Hazırda E.Özkanın ölümü ilə bağlı araşdırma aparılır.
