Aleksdən Fernando Musleraya DƏSTƏKbackend

Aleksdən Fernando Musleraya DƏSTƏK

“Fənərbağça”nın əfsanəvi futbolçusu Aleks de Souza ötən gün ciddi zədə alan “Qalatasaray”ın qapıçısı Fernando Musleraya dəstək olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

“Qardaşım, Allah səni qorusun və güc versin. Ən qısa zamanda sağalmağını arzulayıram”, – deyə Aleks sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, ötən gün “Qalatasaray”ın “Rizəspor”la səfər qarşılaşmasında zədələnən qapıçının ayağında sınıq olduğu və ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*