Ali Məhkəmədə struktur islahatları: Yeni şöbə yaradıldıbackend

Ali Məhkəmədə struktur islahatları: Yeni şöbə yaradıldı

“Ali Məhkəmədə aparılan struktur islahatları çərçivəsində yeni şöbə yaradılıb”.

KONKRET.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yeni strukturla bağlı işə yeni əməkdaşlar da cəlb edilib:

“Sözügedən şöbədə işləyən hüquqşünaslar hakimlərə qərarların ilkin variantını təqdim edəcəklər. Bu isə hakimlərə öz vəzifələri ilə məşğul olmağa daha yaxşı imkan yaradacaq. Eyni zamanda hakimlərin fəaliyyətinin səmərəliliyini də dəfələrlə artıracaq”, – deyə Çingiz Əsgərov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*