Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin “Traktor” komandası meydana çıxmaqdan imtina edib.
KONKRET.az xəbər verir ki, bu barədə idman mediası məlumat yayıb.
Məlumata görə, buna oyun başlamazdan əvvəl stadiondakı yerli azarkeşlər tərəfindən azərbaycanlılara qarşı irqçi şüarlar səsləndirilməsi və “Traktor” futbolçularının şərəf və ləyaqətinin hədəf alınması səbəb olub.
Baş verən hadisələrə etiraz olaraq “Traktor” klubunun sahibi Məhəmməd Rza Zunuzi komandanı meydana çıxmamağa çağırıb.
Klub rəhbərliyi yaydığı bəyanatda bildirib ki, əgər bu hadisəyə görə komandaya qarşı hər hansı texniki məğlubiyyət qərarı verilərsə, onlar İran çempionatını tamamilə tərk edə bilərlər.
Təbriz təmsilçisi İran Futbol Federasiyasının bu hadisə ilə bağlı verəcəyi rəsmi intizam qərarını gözləyir.
