Alimlərdən Maldiv adaları ilə bağlı VACİB TƏKLİFbackend

Alimlərdən Maldiv adaları ilə bağlı VACİB TƏKLİF

Maldiv adalarının uzunmüddətli qorunması üçün onları dəniz səviyyəsindən altı metr hündürlükdə qaldırmaq lazımdır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Şərqi İngiltərə Universitetinin tədqiqatçıları müəyyən ediblər.

Alimlərin fikrincə, belə bir qərar Maldiv adalarının sakinlərini sunamidən və ərazilərin su basmasından qoruyacaq.

Qeyd edək ki, hazırda adaların 80%-dən çoxu dənizdən bir metr yüksəklikdədir və bu, onları iqlim böhranına qarşı xüsusilə həssas edir.

Ekspertlər hesablayıblar ki, Maldiv adalarını qaldırmaq kifayət qədər baha (hər kvadrat kilometrə təxminən 8 milyon dollar) başa gələcək.

Tədqiqatın müəllifləri həmçinin əlavə ediblər ki, yeni ərazilərin genişləndirilməsi Marşal adaları, Tuvalu və Kiribati kimi digər ada dövlətləri üçün  keçərlidir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*