Alimlərdən ŞOK ETİRAF: Ağız boşluğundakı bakteriyalar bağırsaq xərçəngini sürətləndirə bilərbackend

Alimlərdən ŞOK ETİRAF: Ağız boşluğundakı bakteriyalar bağırsaq xərçəngini sürətləndirə bilər

Ağız boşluğundakı mikrobların bəziləri nisbətən zərərsizdir, digərləri isə bir o qədər də zərərsiz deyil. Məsələn, “Fusobacterium nucleatum” bakteriyası ağız boşluğunda adi simbiont kimi hiss olunmadan yaşaya bilər, lakin yeri düşdükdə periodontitə və ya periodontun iltihabına səbəb ola bilər. Əgər həmin bakteriya qana keçərsə və immunitet onu qanda vaxtında məhv etməzsə, beyinə, qaraciyərə və ürəyə zərər verəcək. Məlumdur ki, periodont xəstəlikləri olan qadınlarda vaxtından əvvəl doğuş riski yüksəkdir – bu halda da səbəbi “Fusobacterium nucleatum” bakteriyasında görürlər. Nəhayət, bu bakteriyaya yoğun bağırsağın bədxassəli şişlərində tez-tez rast gəlinir. Üstündə “Fusobacterium nucleatum” bakteriyasının olduğu şiş hüceyrələri şişdən rahat şəkildə ayrılır və metastatik olur. Bununla bağlı Virginiya Politexnik Universitetindən tədqiqatçıların məqalələri “Science Signaling” jurnalında dərc edilib.

KONKRET.az “Nauka i jizn” jurnalına istinadla xəbər verir ki, məqalədə insan orqanizmində “Fusobacterium nucleatum” bakteriyası ilə şiş hüceyrələri arasında münasibət izah edilib. Bu bakteriyalar hüceyrələrin səthinə yapışır və hüceyrələr cavab olaraq IL-8 və CXCL1 zülallarını kənara buraxırlar. Bu iki zülal infeksiyaya qarşı immuniteti stimullaşdırır. Lakin o da məlumdur ki, həmin zülalların kombinasiyası xərçəng hüceyrələrini metastatik olmağa yönəldir. Yəni infeksiyadan qorunmağa çalışan xərçəng hüceyrələri həmin immun siqnallarla ətrafdakı hüceyrələri də şişdən ayrılaraq yeni ərazi tutmaq üçün meyilləndirir.

Məqalənin müəllifləri qeyd edirlər ki, şiş hüceyrələrini “səyahətə” göndərmək üçün bakteriyaların çox olması vacib deyil.

Gələcəkdə tədqiqatçılar “Fusobacterium nucleatum” bakteriyalarının şişdə digər bakteriyalarla (məsələn, bəlkə onunla “müttəfiq”, yaxud onun “düşməni” var) qarşılıqlı təsirdə olub-olmadığını izah etməyi planlaşdırırlar.

/AZƏRTAC/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*