“Alkaş”, “dabandaşı”, şərəfsiz – Müxalifət siyasi leksikonunu daha da zənginləşdirdi – VİDEObackend

"Alkaş", "dabandaşı", şərəfsiz - Müxalifət siyasi leksikonunu daha da zənginləşdirdi - VİDEO

Surxay Atakişiyev

Son günlər özlərini müxalifət adlandıran bəzi qüvvələr yenidən fəallaşıb. Buna əslində fəallıq da demək düz deyil. Bir-birinin canına düşüb desək, daha doğru olardı. Əslində bu, onların mahiyyəti və fitrətidir. 1992-1993-cü illərdəki bir illik hakimiyyətləri (hakimiyyətsizlikləri- desək daha doğru olar) dövründə dövləti dağılmağa, milləti parçalamağa da aparan səbəblər də bu adamların məhz fərdi iddiaları və məsuliyyətsiz çıxışları oldu. Özünə mücahid adı götürən insan əvvəla çalışmalıdır ki, cəmiyyətdə davranışı ilə nümunə olsun. Dediyi ilə əməli üst-üstə düşsün. Necə deyərlər “ac ol, kişi ol” prinsipi ilə yaşamalıdır. Amma nə yazıq ki, bu dediklərimiz özünü müxalifət adlandıran bəzi adamların davranışları ilə qəti uzlaşmır. Sözümün canı odur ki, bu günlərdə AXCP rəyasət heyətinin videotoplantısına baxdım. Baxdım, ürəyim yenə bulandı. Milli maraqlar, milli məsələlər qalıb bir tərəfdə, yenə bir-birlərinin üstünə düşüblər. Ay müsavatçılar belə dedi, Arif Hacılı, İsa Qəmbər ordan getdi və ilaxır və sair. Özü də bu qeybətləri küçə söhbətlərindən də səviyyəsiz və ləyaqətsiz bir formada aparılır. Bir-birlərini ən pis şəkildə təhqir etməkdən belə çəkinmirlər.

“Alkaş”, “dabandaşı”, şərəfsiz kimi sözlərlə zəngin olan çıxışlarda müsavatçıların üstünə quzğun kimi düşüblər. Əslində müsavatçılar da bunlardan heç nə ilə fərqlənmir. Baxmayaraq ki, fərqlənməlidirlər. Çünki bu adamlar özlərini “seçilmiş”lərdən hesab edirlər. “Seçilən”sə hər bir nümunəvi hərəkəti və prinsipial mövqeyi ilə seçilməlidir. Bu politologiyanın qızıl qaydasıdır. Hələ onu demirəm ki, bizlərdə bir “kişi hərəkəti” ifadəsi var. İnsan dünən bir qabdan çörək yediyi, bir əqidə ətrafında birləşdiyi tərəfdaşı haqqında heç zaman xor danışmamalıdır. Ən azı özünün kişilik prinsipinə görə. Bir el sözü var – “dostunu söylə, deyim sən kimsən”.

Bir adam öz keçmiş əqidə, məslək dostu haqqında bu gün təhqir dolu ifadələrlə danışırsa, deməli həmin adamın xislətində problem var. Necə ki bir şeyir misrasında deyildiyi kimi “Düşməninə də nakişilik eyləmə, birdən barışarsan peşiman olarsan”…

Bəs sizlər nə vaxt peşiman olacaqsınız “axcp”çilər…?!.

AXCP-nin rəyasət heyətinin “iclası” (29 aprel 2020)

AXCP-nin rəyasət heyətinin “iclası” (29 aprel 2020) – Mahiyyət də zehniyyət də eynidir – Qeybətxana! Əli Kərimlinin “blokada şousunun” 16-cı günü, adam oturub onlayn iclasda ))) İflas davam edir.Cəbhəçilər kütləvi təhqirə keçdilər : Müsavat və müsavatçılar ləyaqətsizdirlər,….şərəfsiz, dabandaşı, alkaş…..

Gepostet von MOZALAN am Dienstag, 9. Juni 2020

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*