Trampın prezidentliyi risk altında: SƏBƏB BUDURbackend

Trampın prezidentliyi risk altında: SƏBƏB BUDUR

ABŞ-ın İrana qarşı hərbi əməliyyatları genişləndirməsi Donald Trampın ikinci prezidentlik dövrünə ciddi siyasi təsir göstərə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti yazıb.

Respublikaçı siyasi strateq Ron Bonjan bildirib ki, Trampın İranla bağlı imkanları artıq məhdudlaşır.

Onun sözlərinə görə, münaqişənin həlli qısa müddətdə mümkün görünmür və proses aylarla, hətta illərlə davam edə bilər.

FT qeyd edir ki, Ağ ev rəhbərinin artan gərginlik şəraitində iqtisadi, siyasi və diplomatik itkiləri necə məhdudlaşdıracağı hələ də aydın deyil.

Pentaqonun keçmiş rəsmisi Elizabet Dentin sözlərinə görə, hazırda münaqişənin əsas diqqət mərkəzi Hörmüz boğazıdır. Onun fikrincə, bu, artıq müharibənin başlanmasına səbəb kimi göstərilən nüvə və ballistik-raket proqramlarından daha çox ön plana çıxıb.

İrana zərbələrin gələn həftə endiriləcəyi də istisna olunmur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*