Ukrayna Rusiyanın nə qədər gəmisini məhv edib? – Şok rəqəmlərbackend

Ukrayna Rusiyanın nə qədər gəmisini məhv edib? - Şok rəqəmlər

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdinin (çağırış adı “Madyar”) bildirdiyinə görə, ölkəyə məxsus PUA-lar Rusiyaya məxsus 20 dəniz nəqliyyat vasitəsinə zərbələr endirib.

KONKRET.az xəbər verir ki, hücumlar nəticəsində 17 neft tankeri, 2 qazdaşıyan və 1 yük gəmisi hədəfə alınıb. Brovdi zərbələri təsdiqləyən videogörüntülərin daha sonra yayımlanacağını bildirib.

Ukrayna tərəfi qeyd edir ki, bu hücumlar daha əvvəl Azov dənizində həyata keçirilən əməliyyatların davamıdır.

Komandanın açıqlamasına görə, son doqquz gün ərzində “MoLoÇKa” adlı xüsusi əməliyyat çərçivəsində Azov dənizində 116 tanker və digər üzən vasitə vurulub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*