“Husilər”in Səudiyyə ilə bağlı bu addımı Türkiyəni hiddətləndirdi – SƏRT BƏYANATbackend

"Husilər"in Səudiyyə ilə bağlı bu addımı Türkiyəni hiddətləndirdi - SƏRT BƏYANAT

Türkiyə Xarici İşlər Nazirliyi Yəmən husilərinin Səudiyyə Ərəbistanının cənub bölgəsinə həyata keçirdiyi raket hücumunu qətiyyətlə pisləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanının suverenliyi və ərazi bütövlüyünü pozan, eyni zamanda regional təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan bu hücum fonunda Ankara Ər-Riyada tam həmrəy olduğunu bir daha təsdiqləyir.

Türkiyə Xarici İşlər Nazirliyi tərəfləri bölgədə gərginliyin daha da artmasına səbəb ola biləcək hər hansı addımdan çəkinməyə də çağırıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*