Yaxın Şərqdə son günlər müşahidə olunan yeni eskalasiya dalğası zamanı İranda 260-dan çox insan zərər çəkib.
KONKRET.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, zərərçəkənlər arasında üç qadın və altı azyaşlı var.
“Kədər hissi ilə bildiririk ki, həlak olanlardan ikisi qadındır. Yaralananlardan 222 nəfər müalicə olunaraq xəstəxanalardan evə buraxılıb”, – deyə Kermanpur qeyd edib.
Qeyd edək ki, bölgədə gərginlik iyulun 8-də yenidən alovlanıb. ABŞ və İran arasında bağlanan atəşkəs memorandumu qüvvədən düşdükdən sonra tərəflər arasında qarşılıqlı zərbələr intensivləşib.
Müşviq Tofiqoğlu
KONKRET.az
