Almaniya vətəndaşı Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.
Açıqlamaya görə, həbs qərarı 2023-cü il iyulun 27-də verilib və avqustun 9-da Almaniya Federal Cinayət İdarəsinin əməkdaşları həmin şəxsi saxlayıb, mənzilində və iş yerində axtarış aparıblar.
Şübhəli Tomas H. Almaniya ordusu üçün hərbi məhsulların tədarükü ilə məşğul olan Silahlar, İnformasiya Texnologiyaları və Tətbiqləri üzrə Federal İdarəsinin əməkdaşıdır.
Baş Prokurorluq iddia edir ki, o, 2023-cü ilin may ayından etibarən öz istəyi ilə dəfələrlə Rusiyanın Bonndakı Baş Konsulluğuna və Rusiyanın Berlindəki səfirliyinə müraciət edib və “əməkdaşlıq təklif edib”.
O bir neçə dəfə öz peşəkar fəaliyyəti zamanı əldə etdiyi məlumatları Rusiya kəşfiyyatına ötürüb.
Şübhəli artıq Ali Federal Məhkəmənin hakimi qarşısına çıxıb və onun həbsinə və istintaq təcridxanasına salınmasına qərar verilib.
Burhan,
KONKRET.az
