Almaniya kansleri Olaf Şolts bu gün Körfəz ölkələrinə səfər edəcək.
KONKRET.az “İnterfax“a istinadən xəbər verir ki, səfər çərçivəsində Almaniya kansleri enerji təchizatı ilə bağlı yeni sazişlər bağlayacaq.
Kansleri səfərdə işgüzar dairələrin nümayəndə heyəti müşayiət edəcək.
Bildirilir ki, Şolts nəinki mayeləşdirilmiş təbii qazın tədarükü ilə bağlı müqavilələr bağlamağa, həm də yeni texnologiyalar sahəsində əməkdaşlığı genişləndirməyə ümid edir.
O.Şoltsun planlarına region ölkələri ilə siyasi əməkdaşlığın genişləndirilməsi də daxildir.
Qeyd edək ki, Almaniya kansleri iki gün ərzində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə səfər edəcək.
İqbal Rzayev,
KONKRET.az
