Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın 2025-ci ildən NATO-ya 35 min əsgər verəcəyini bildirib.
KONKRET.az xəbər verir ki, bu elan alyansın geniş planlarının bir hissəsi kimi verilir.
Təxminən 300 000 NATO əsgəri və texnikası öz ölkələrindən konkret əraziyə və ya ölkəyə sürətlə yerləşdirilməsi üçün ayrılacaq.
Pistorius qeyd edib ki, Almaniya sürətli yerləşdirmə üçün 200-ə yaxın təyyarə və digər əsas aktivləri təmin edəcək. Təxminən 4000 alman əsgəri Litvada daimi yerləşəcək.
Bildirilir ki, planlar Ukraynadakı müharibə fonunda hazırlanıb.
Ariz Həsənoğlu,
KONKRET.az
