Tovuz rayonunda kişi arvadını orta məktəbdə döyüb.
KONRKET.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə şəhər ərazisindəki orta məktəblərdən birində baş verib.
Rayon sakini, 1994-cü il təvəllüdlü Elvin Məmmədov (soyad şərtidir) evdə onunla birlikdə yaşayan anası ilə mübahisə edib. Mübahisə zamanı anasına əsəbiləşən Elvin acığını həyat yoldaşı Jalədən çıxıb. O, Jalənin saçından tutaraq dartıb.
Bu hadisədən əsəbiləşən Jalə evdən çıxaraq yaxınlıqdakı orta məktəbə uşaqlarını gətirməyə gedib. Elvin əsəbi vəziyyətdə onun arxasınca gedərək orta məktəbdə həyat yoldaşını yaxalayıb. O, Jaləni orta məktəbin müəllim və şagird kollektivi qarşısında döyüb, ona xəsarətlər yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər, E.Məmmədov saxlanılıb, faktla bağlı protokol tərtib olunaraq iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Məmmədov 1 ay müddətinə inzibati qaydada həbs edilib.
