Bakıda qaçırdığı avtomobili icra hakimiyyətinin həyətində saxladıbackend

Bakıda qaçırdığı avtomobili icra hakimiyyətinin həyətində saxladı

Bakıda qaçırdığı “London Taksi”ni Binəqədi Rayon İcra Hakimiyyətinin həyətində saxlayan şəxs həbs olunub.

KONKRET.az xəbər verir ki, 1986-cı ildə Qazaxıstan Respublikasının Şevçenko şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı F.H. barəsində Cinayət Məcəlləsinin 177.2.4 və 185.2.2-ci maddələri ilə açılan cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi ilə hərəkət etdiyi zaman “Niva” markalı “BL” dövlət qeydiyyat nişanlı maşının qapısının və baqajının açıq vəziyyətdə olduğunu, küçədə heç kimin olmadığını görərək avtomobilə əyləşib və onu işə salıb. 500 metr irəliyə sürdükdən sonra maşının oturacağının üzərində olan gödəkcənin cibindən 5280 manatı götürüb.

Hadisədən bir neçə gün sonra axşam saatlarında F.H. narkotik vasitənin təsiri altında Xətai rayonunda yol kənarında dayanmış tünd bənövşəyi rəngli “London Taksi” markalı, “NV” nömrə nişanlı avtomobili hərəkətə gətirərək Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən Binəqədi Rayon İcra Hakimiyyətinin yanına sürüb. Təsiqləndirilən şəxsin yaşadığı ev sözügedən ərazidə olduğundan avtomoboli həmin əraziyə aparıb.

Məhkəmənin hökmü ilə ona 2 il 8 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.\\qaynarinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*