Almaniya Prezidenti: “Ukraynanı danışıqlar masasına itələməyin”backend

Almaniya Prezidenti: "Ukraynanı danışıqlar masasına itələməyin"

Almaniya Prezidenti: Ukraynanı danışıqlar masasına itələməyin.

KONKRET.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukraynanın Rusiyanın başlatdığı müharibəyə son qoymaq üçün danışıqlara getməsi çağırışlarına qarşı çıxıb.

“Biz Ukraynanı elə bir vəziyyətə gətirməliyik ki, danışıqlara başlamazdan əvvəl onu güclü edək. Biz Ukraynaya təzyiq etməyəcəyik. Bu yola nə vaxt gedəcəyi Ukrayna üçün qərar olaraq qalır”, – deyə Ştaynmayer bildirib.

O, həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin imperiya arzularını həyata keçirmək üçün ölkəsinin tam iqtisadi, siyasi və mənəvi məhvini qəbul edəcəyini heç kim gözləmirdi.

Müharibənin Almaniyaya təsiri ilə bağlı o deyib: “Ola bilsin ki, bizi çətin illər gözləyir”.

Bundan əvvəl kansler Olaf Şolts bildirib ki, Almaniya müharibədən sonrakı dövrə hazırlıq çərçivəsində müttəfiqləri ilə Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*