Kredit borcundan yayınmaq üçün adını və soyadını dəyişdi – FOTObackend

Kredit borcundan yayınmaq üçün adını və soyadını dəyişdi - FOTO

Rusiyanın Surqut şəhərinin Xantı-Mansi Muxtar Dairəsinin (XMAO) sakini banka olan 130 min rubl məbləğində borcunu ödəməmək üçün qeyri-adi üsula əl atıb.

KONKRET.az xəbər verir ki, borclu şəxs kollektor agentliklərini çaşdırmaq və özünü gizlətmək məqsədilə rəsmi şəkildə adını, atasının adını və soyadını dəyişdirib. İ.A. Polişko olan şəxs sənədlərində adını A.I. Okşilop kimi qeydiyyatdan keçirib.

Kollektorlar borclunun izini itirdikdən sonra onun vəfat etdiyini güman edib və borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediblər. Onlar pulu borclunun varislərindən tələb ediblər. Lakin məhkəmə araşdırmaları zamanı borclunun sağ olduğu və sadəcə şəxsiyyətini hüquqi yolla “maskaladığı” üzə çıxıb. Məhkəmənin yekun qərarı ilə A.I. Okşilopun borcdan yayınması mümkün olmayıb və o, bütün öhdəliklərini yerinə yetirməyə məcbur edilib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*