Şəkidə ev yanıb kül oldu – Fotobackend

Şəkidə ev yanıb kül oldu - Foto

Şəkidə fərdi yaşayış evi yanıb.

KONKRET.az-ın məlumatına görə, yanğın hadisəsi rayonun Cəyirli kəndində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki və Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı 1953-cü il təvəllüdlü Əliəhməd Ağasəf oğlu Zeynalova məxsus, ümumi sahəsi 120 kvadratmetr olan fərdi yaşayış evi və 80 kvadratmetrlik talvar tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.\\qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*