ABŞ qüvvələri İrandakı hədəflərə qarşı gün ərzində ikinci dəfə hava əməliyyatına başlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilir ki, hücumlar yerli vaxtla saat 15:00-da start götürüb.
KONKRET.az xəbər verir ki, zərbələr İranın dünya ticarəti üçün mühüm beynəlxalq su yolu olan Hörmüz boğazından sərbəst keçən gəmilərə təhdid kimi istifadə olunan hərbi infrastruktur obyektlərinə yönəldilib. Bəyanatda qeyd olunur ki, ABŞ hərbçiləri Ali Baş Komandanın göstərişlərinə uyğun olaraq fəaliyyət göstərir və İranı məsuliyyətə cəlb etmək üçün tədbirlər görürlər.
Natiq Səlim,
KONKRET.az
