Almaniyada enerjiyə qənaət: 200-ə yaxın bina işıqlandırılmayacaqbackend

Almaniyada enerjiyə qənaət: 200-ə yaxın bina işıqlandırılmayacaq

Rusiya ilə təbii qaz gərginliyi Almaniyanı küncə sıxışdırıb. Ölkədə bir-birinin ardınca enerjiyə qənaət istiqamətində tədbirlər həyata keçirilir. Xüsusilə paytaxt Berlinin simvolu olan bir çox binalar da daxil olmaqla 200 bina 3-4 həftə gecələr işıqlandırılmayacaq.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Aİ Rusiya qazından asılılığından xilas olmaq üçün üzv dövlətlərdən enerji istifadəsini 15 faiz azaltmağı xahiş edib.

Bildirilir ki, gecələr işıqlandırılmayacaq binalar arasında Qələbə abidəsi, Dövlət Operası, Berlin Katedrali, Berlin Meriyası, Yəhudi Muzeyi, bəzi kilsələr, körpülər və heykəllər var.

Qeyd edək ki, Hannover şəhərində də bir sıra tədbirlər həyata keçirilib. Şəhər bələdiyyə sədri bildirib ki, qaz qıtlığına qarşı enerjiyə qənaət ediləcək.

Oktyabrın 1-dən martın 31-dək şəhərdə ictimai binalar qızdırılmayacaq, körpələr evi-uşaq bağçalarında temperatur 20 dərəcə Selsi səviyyəsində saxlanılacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*