Almaniyada istilik islahatı tariflərin kəskin artması ilə nəticələndibackend

Almaniyada istilik islahatı tariflərin kəskin artması ilə nəticələndi

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin hakimiyyət orqanları elektrik enerjisi tariflərinin kəskin artımı barədə xəbərdarlıq ediblər,

KONKRET.az xəbər verir ki, bu barədə Junge Freiheit nəşri yazıb.

İsitmə üçün “əsas tarif”in ikiqat artırılması qərarı qalıq yanacaqdan deyil, elektrik enerjisindən istifadə edən ev təsərrüfatlarına təsir edəcək.

Belə ki, vitse-kansler Robert Habek evlərində daha çox enerji tutumlu, lakin karbondan təmizlənmiş istilik nasosları quraşdıran vətəndaşlara endirimli kommunal tariflərin tətbiq ediləcəyi ilə bağlı vədini tutmayıb.

Hazırda ən böyük kommunal infrastruktur operatorlarından biri artım elan edib. Qəzet qeyd edir ki, regional istehlakçıların hüquqlarının müdafiəsi təşkilatı yeni tədbirdən təsirlənən sakinlərə həmin kommunal operatordan imtina etməyi tövsiyə edib, lakin digər şirkətlər də yaxın gələcəkdə tarif planlarını artıracaqlar. Bununla belə, təşkilatın nümayəndələri etiraf ediblər ki, istilik nasosları ilə qızdırılan ev təsərrüfatları üçün yalnız məhdud sayda operatorlar xidmət göstərir.

Qeyd edək ki, 2024-cü ilin əvvəlindən Almaniyada istilik islahatının həyata keçirilməsi çərçivəsində ölkənin 2045-ci ilə qədər ev təsərrüfatları üçün iqlimə uyğun olmayan istilik növlərinə keçidini nəzərdə tutan ilk qaydalar qüvvəyə minib. Yanvarın 1-dən etibarən əksər yeni binalarda 65% bərpa olunan enerji ilə işləyən istilik sistemləri olmalıdır. Artıq istifadədə olan binalar üçün keçidin baş verməsi üçün daha uzun müddətlər nəzərdə tutulur.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*