“Almaniyada Ukraynanı dəstəkləyən nasistlərin övladları hakimiyyətdədir”.
KONKRET.az xəbər verir ki bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram kanalında yazıb.
O, Almaniyanın Ukraynanı niyə dəstəklədiyini açıqlayıb. Zaxarovanın sözlərinə görə, hazırda Almaniyada nasistlərin övladları hakimiyyətdədir.
Nümunə olaraq o, xarici işlər naziri Annalena Berboku misal çəkib.
O, Berbokun əcdadının keçmişi ilə bağlı sənədlərlə tanış olmadığını vurğulayıb.
Xatırladaq ki, Almaniya kansleri Olaf Şolz bir müddət əvvəl Rusiyanın Ukraynadakı qələbəsinin liberal dünya nizamına zərbə olacağını bildirmişdi.
Burhan,
KONKRET.az