Rusiya Cənubi Qafqazda yeni hərbi münaqişələrin qarşısının alınmasında maraqlıdır.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı qafqazşünas alim Aleksandr Krılov İrəvanda keçirilən konfransda videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqaz Rusiya üçün həssas cənub istiqamətidir. Buna görə də Moskva ilk növbədə öz təhlükəsizliyinə qarşı potensial təhdidləri neytrallaşdırmağa çalışır.
Krılov qeyd edib ki, Cənubi Qafqaz böyük dövlətlərin maraqlarının kəsişdiyi bölgəyə çevrilir və bu, regional sabitliyin təmin edilməsini daha da çətinləşdirir.
Ekspertin fikrincə, ABŞ və Avropa İttifaqının regiondan öz geosiyasi məqsədləri üçün istifadə etmək istəyi əlavə risklər yaradır.
Krılov vurğulayıb ki, nəqliyyat əlaqələrinin inkişafı qarşılıqlı faydalı razılaşmalara, yalnız Cənubi Qafqaz ölkələrinin deyil, həm də qonşu İran və Türkiyənin suverenliyinə hörmət prinsipinə əsaslanmalıdır.\\Musavat.com
