Almaniyada spirt oğurlayıb satan azərbaycanlı saxlanıldıbackend

Almaniyada spirt oğurlayıb satan azərbaycanlı saxlanıldı

Almaniyanın Münster şəhərindəki bir xəstəxanadan 100 litr tibbi spirt oğurlayan Azərbaycan vətəndaşı saxlanılıb.

KONKRET.az xəbər verir ki, Münster Şəhər Polis Təşkilatının məlumatına görə, bu ilin fevral ayından şəhərdəki xəstəxanalardan birindən 100 litr tibbi spirt oğurlayan 28 yaşlı Azərbaycan vətəndaşı polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Münster polisinin media əlaqələndiricisi Angela Lüttman bildirib ki, şübhəli şəxs qismində saxlanılan 28 yaşlı Azərbaycan vətəndaşı oğurladığı tibbi spirti internet vasitəsi ilə satarkən saxlanılıb.

“Məhkəmənin qərarı ilə onun Havixbeck qəsəbəsindəki evinə baxış keçirilib. Spirt qabları xəstəxana inventarına daxil edildiyindən onun haqqında cinayət işi açılıb. Ancaq şübhəli şəxs qismində saxlanılan azərbaycanlı hələ də ittihamları rədd edir”, – A.Lüttmann bildirib.

Hazırda faktla bağlı Münster Şəhər Polis Təşkilatında istintaq tədbirləri davam etdirilir.

  • NAMİQ
    Mart 19, 2020 - 21:34

    bizim millət hara getsə atmaq oğurlamaq prinsiplərindən geri qalmır.Avropya gedib oranın gözəl qayda qanunlarına insanlara verilən azad hüquqi bir dövlət təminatından faydalanıb normal insan kimi yaşamağa hər bir şərait olduğu halda dələduzluq oğurluq etmək nəyə lazım.Utandım onun yerinə millət adı batıran.

  • Oktay
    Aprel 14, 2020 - 19:42

    Polis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*