Almaniyada ukraynalı qaçqınların olduğu sığınacaq YANDIRILDIbackend

Almaniyada ukraynalı qaçqınların olduğu sığınacaq YANDIRILDI

Naməlum şəxslər çərşənbə günü yerli vaxtla saat 21:20 radələrində Almaniyanın şimalındakı Qross-Stromkendorf kommunasında ukraynalı qaçqınların yerləşdiyi sığınacaqları yandırıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində xəsarət alan olmayıb. Binada olan 14 sakinin hamısı müəssisəni tərk edib və başqa sığınacaqlara yerləşdirilib.

Nəşrin məlumatına görə, ukraynalı qaçqınlar bu ilin martında binaya yerləşdirilib. Bundan əlavə, Almaniya Qızıl Xaç Cəmiyyətinin üç üzvü də hadisə yerində olub.

Polisdən bildirilib ki, hadisədən bir gün əvvəl naməlum şəxslər binanın girişində svastika çəkiblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*