“Amerika sülh istəyir, yoxsa odun üstünə benzin tökür?” – Ərdoğanbackend

“Amerika sülh istəyir, yoxsa odun üstünə benzin tökür?” - Ərdoğan

“Qəzzada törədilən qırğına haqq qazandırmaq olmaz”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Gənclik Fondunun (TÜGVA) toplantısında çıxışı zamanı bildirib.

O, ABŞ-ın bu məsələdə mövqeyini tənqid edərək, bütün dünya ölkələrini sülhə nail olmaq üçün səy göstərməyə çağırıb. “Amerika sülh bərqərar etməyə çalışır, yoxsa odun üstünə benzin tökür?”, – Ərdoğan deyib.

“Qəzzada su, çörək, yemək yoxdur. Bu, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə ziddir. Qərb haradadır? İndiyədək hansı tədbirlər görülüb? Heç biri”, – Türkiyə prezidenti qeyd edib.

Ərdoğan Qəzzanın bombalanmasını qətliamla müqayisə edib.

Türkiyə liderinin sözlərinə görə, dövlətlər qanunlara tabe olmağa və buna görə məsuliyyət daşımağa borcludurlar.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*