Amerikalı basketbolçu güllələnərək öldürüldübackend

Amerikalı basketbolçu güllələnərək öldürüldü

Tennessi kollecinin komandasında çıxış edən amerikalı basketbolçu Andre Bell avtomobilində güllələnərək həyatını itirib.

KONKRET.az xəbər verir ki, hadisə Bell oyundan sonra dostları ilə birlikdə evə gedərkən baş verib. Məlumata görə, basketbolçu baş nahiyəsindən güllə yarası alıb.

Andre Bell ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*