Amerikalı futbolçu “Çelsi”dən “Milan”a keçdibackend

Amerikalı futbolçu "Çelsi"dən "Milan"a keçdi

İtaliyanın “Milan” klubu İngiltərənin “Çelsi” komandasının hücumçusu Kristian Pulişiçi transfer edib.

KONKRET.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan”, “Çelsi” və futbolçunun agenti arasında Kristian Pulişiçlə bağlı danışıqlar aparılıb və dördillik müqavilə imzalanıb.

Amerikalı futbolçunun “Milan”a keçidi 22 milyon avroya başa gəlib.

Mənbənin bildirdiyinə görə, “rossoneri” bu transferdə uzun müddət israrlı olub.

İyirmi dörd yaşlı futbolçu 2019-cu ildə Almaniyanın “Borussiya Dortmund” klubundan “Çelsi”yə keçib. O, dörd mövsüm ərzində 98 oyunda meydana çıxıb. İyirmi dəfə fərqlənən futbolçu doqquz məhsuldar ötürmə ilə də yadda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*