Bakıda ana azyaşlı övladları ilə birgə itkin düşüb.
KONKRET.az-ın xəbərinə görə, hadisə iyunun 3-də Sabunçu rayonu Südçülük sovxozu ərazisində qeydə alınıb.
Belə ki, Novruzova Gülgəz Dursun qızı azyaşlı övladları – Murad Novruzov və Muraz Novruzov ilə birlikdə yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.
Fakt bağlı araşdırma aparılır.//Report
