Ana fəryad edir: “Qızımın qanını yerdə qoymayın!” – Boynuna qayçı saplanan Ezel ömürlük əlil olacaqbackend

Ana fəryad edir: “Qızımın qanını yerdə qoymayın!” – Boynuna qayçı saplanan Ezel ömürlük əlil olacaq

İstanbulda kütləvi davada 13 yaşlı Ezelin boynuna qayçı saplanıb və nəticədə qız iflic olub. Dava zamanı arada qalan qız ağır xəsarət aldığı üçün qohumları tərəfindən xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək münkün olsa da, Ezelin belini əməliyyat edən həkimlər qızın ömürlük əlil olacağını bildiriblər. Xəstəxananın qarşısında ümidsizcəsinə gözləməyə davam edən qızın anası Yadigar Erdem vurğulayıb ki, “Ezel hazırda reanimasiyadadır. Tam sağalacağına ümid yoxdur, qızdırması, şəkəri var. Həyat üçün təhlükəli bir şey söyləmədilər, amma öldüyü görünür. Qızımın nitqində ciddi qüsurlar yaranıb. Qəzadan üç gün keçsə də, gecələr daim şoka düşür”.

Yadigar Erdem

Ana fəryad edərək deyib ki, “bir uşağın həyatını məhv etmək nə deməkdir? Hamıya səslənirəm. Xahiş edirəm kömək edin. Qızımın qanını yerdə qoymayın”.

Ezelin xalası oğlu Kamran Polad isə baş verən hadisənin təfərrüatlarını danışaraq deyib ki, parkda iki yolun ortasında əlbəyaxa savaşa tuş gəliblər. Nəticədə təsadüfən əlində qayçı olan bir nəfər Ezelin boynuna ağır xəsarət yetirib. “Onları buraxmaq ədalətsizlikdir”, – deyə Polad etiraz edib.

Müşfiq Əhmədov

Ezel

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*